Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, məsafədən işləyən əməkçilərin əməkhaqqının hesablanması üçün xüsusi qayda yoxdur.
Milli.Az xəbər verir ki, bu barədə o, qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O vurğulayıb ki, əməkhaqqının verilməsi ümumi qanunvericilik çərçivəsində həyata keçirilir və işin məsafədən təşkil olunması bu prosesə təsir etmir.


























