image-1645214837_trend_teqdimat_250621_6backend

“Expo 2020 Dubai”: Azərbaycan pavilyonunu bu günə qədər 2 milyon adam ziyarət edib – VİDEO

image-reklam_sirab_01
“Burda hər bir millətin təmsilçisini görmək olar. Bu Azərbaycanın  turizmini eyni zamanda mədəniyyətini tanıtmaq üçün ən gözəl şansdır”.
Veteninfo.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo-2020” sərgisində iştirak edən politoloq Ceyhun Osmanlı REAL TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan pavilyonu maraqlı platformaya çevrilib.
“Burda fərqli günlər qeyd edilir. Konsertlər, kulinariya və digər maraqlı günlərlə yadda qalır. Hər bir tədbirdən turistlər özləri üçün nəsə götürürlər. Bu həm mədəni mənadadır, həm də maariflənmə mənasında. Bu ilk növbədə Azərbaycan turizminə müsbət mənada təsir edəcək”.
Sərgidə həmçinin Xalq yazıçısı, Azərbaycan Yazıçılar Bilriyinin katibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Çingiz Abdullayev və “Qafqazinfo” Xəbər Portalının baş direktoru Elbrus Ərud da iştrak edib. Sərgiylə bağlı fikirlərin bölüşüblər.
Daha ətraflı “Expo-2020” sərgisində ən çox ziyarət olunan Azərbaycan pavilyonu ilə bağlı ətraflı süjeti təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki