Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafael Fiziyevi qəbul edib.
Nazirliyin Mətbuat Xidmətindən Veteninfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.
Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.