“Facebook” sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.
Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.
“Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilərt artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik”, – deyə məlumatda bildirilir.
Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.