Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “İstehsalat sahələrində mümkün fövqəladə hadisələr zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Vətəninfo.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən istahsalat sahələrində mümkün qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişləri xilas edib, onlara ilkin yardım göstəriblər”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.