image-reklam-veteninfo
image-timthumbbackend

Fidan: Türkiyə buna görə Rusiya və Ukraynaya təklif göndərib

image-reklam-veteninfo

Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-yə verdiyi müsahibədə bildirib ki, Türkiyə Qara dənizdəki vəziyyətlə bağlı Rusiya və Ukraynaya təklif göndərib və tərəflərdən cavab gözləyir.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı şərtlər altında hələlik uzunmüddətli nəticə əldə etmək çətindir. Fidan qeyd edib ki, tərəflər qarşılıqlı məhvə səbəb olan müharibəni davam etdirmək, yoxsa hərbi əməliyyatları dayandırmaq üçün məqbul bir məqam tapmaq barədə qərar verməlidirlər.

Türkiyənin xarici işlər naziri bildirib ki, “Təklifimizi hər iki tərəfə göndərmişik və cavab gözləyirik”.

O, Türkiyənin ilk prioritetinin Qara dənizdən taxılın çıxarılması olduğunu vurğuladı.

Fidan qeyd edib ki, “Taxıl, enerji mənbələrindən fərqli olaraq, hər iki ölkə tərəfindən satılan bir məhsuldur”.

Nazir Moskva və Kiyevə ötürülən təklifin məzmununu açıqlamayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki