Naxçıvan MR-nın 2022-ci il üçün gəlirləri və xərcləri 577,6 milyon manat təşkil edəcək.
Vətəninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahivkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən Milli Məclisin plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, bu, müvafiq qanun layihəsində nəzərdə tutulan ilkin məbləğdən 7,8 milyon manat çoxdur.