“Matça niyə belə əsəbi başladığımızı bilmirəm. Bərabərlik ədalətli nəticədir. Biz rəqibi heç nə ilə təəccübləndirə bilmədik”.
Veteninfo xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Serbiyada Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis hücumçularından razı qalmadığını bildirib: “Biz qol vura bilmiirk. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı çıxış edirlər. Ötənilki qarşılaşma ilə indiki arasında o qədər də böyük fərq görmədim”.
Kondratyev Azərbaycan Premyer Liqasını Belarus çempionatı ilə müqayisə edib: “Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil”.