image-bez-nazvaniya-1backend

“Gömrük komitəsinin sədrini də dəyişsələr də, iş metodu elə əvvəlki metoddur” – Sabiq millət vəkili

image-reklam_sirab_01

“Gömrük Komitəsi iş adamlarına ciddi problemlər yaratmaqla məşğuldur.”  -bu fikirləri Vətəninfo.az saytına açıqlamasında  sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirli bildirib.

“10 gündən çoxdur ki, Azərbaycan sahibkarlarının yüklə dolu maşınları  İran-Azərbaycan sərhəddində qalıb.  Həmişə olduğu kimi günah Azərbaycan tərəfinin ləng işləməsidir, son günlər isə tamamən “işləməməsidir”.

Bəydəmirli qeyd edib ki, indiyə qədər vətəndaşlarını ölkəyə buraxmayan hökumət, indi də yükləri buraxmır:
“Gömrük komitəsinin sədrini də dəyişsələr, iş metodu elə əvvəlki metoddur…Sonra da deyəcəklər qiymət niyə bahalaşır, soruşan da olmayacaq ki, bəs sahibkar səhlənkar gömrüyün ucbatından artan xərcləri hansı məmurun boynuna yükləsin? Azərbaycan hökuməti ilk öncə xarici ticarət asılılığını aradan qaldırsın, sonra qonşulara “ticarət müharibəsi” elan etsin!”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki