image-67backend

“Google” dünyanın aparıcı xəbər agentliyi ilə əməkdaşlığa başlayır

image-reklam_sirab_01

ABŞ-ın və dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti – “Google” Fransanın və dünyanın aparıcı xəbər agentliyi – “Agence France Presse” (AFP) ilə əməkdaşlığa başlayır.

Veteninfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən gün tərəflər arasında imzalanmış 5 illik müqaviləyə əsasən, agentlik xəbərlərini “Google News” servisində yerləşdirəcək və bunun müqabilində pul ödəyəcək.

“Google” və AFP-nin həmçinin faktların yoxlanması və sair məsələlər barədə birgə layihələr icra edəcəyi bildirilir.

Xatırladaq ki, “Google” şirkətinə xəbər servisində yerləşdirdiyi materiallara görə KİV-lə müqavilə imzalamaq öhdəliyini qoyan qanun Fransada ötən ilin aprel ayında qəbul edilib. Bu ilin iyul ayında isə şirkət bu qanunu pozduğuna görə 500 milyon avro cərimələnib.

Bu ilin fevral ayında “Google” Fransanın 121 media qurumu ilə bənzər müqavilə imzalayaraq onlara bütövlükdə 76 milyon avro vəsait ödəmək öhdəliyini götürüb. Həmin müqavilədə iştirak etməyən AFP dəfələrlə “Google”dan şikayət edərək onların da xəbərlərini ödənişli əsasla yerləşdirməyi tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki