1 fevral – 1 may 2026-cı il tarixləri ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə GSM – Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi tərəfindən “Elektron kitabxana xidmətlərinin təbliği ilə mütaliə mədəniyyətinin stimullaşdırılması və inkişafı” layihəsi uğurla həyata keçirilib.
Layihənin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətinin təşviqi, keyfiyyətli elektron informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi, elektron kitabxana xidmətlərinin tanıdılması və rəqəmsal savadlılığın artırılması olub.
Layihə çərçivəsində süni intellekt alətlərinin imkanlarından istifadə edilməklə elektron kitabxana xidmətlərinin və mütaliənin əhəmiyyətini əks etdirən 5 maarifləndirici qısametrajlı animasiya və realist üslubda videoçarx hazırlanıb. Hazırlanan materiallar gənclər üçün müasir və cəlbedici formatda maarifləndirici məzmun təqdim edib.
Bununla yanaşı, layihə çərçivəsində gənclərin iştirakı ilə 2 praktik və interaktiv görüş təşkil olunub. Görüşlər zamanı iştirakçılara elektron kitabxana xidmətlərindən səmərəli istifadə imkanları, rəqəmsal informasiya resurslarına çıxış üsulları və mütaliə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində praktiki bilik və bacarıqlar aşılanıb.
Layihənin həyata keçirilməsi gənclər arasında müasir kitabxana xidmətlərinin geniş yayılmasına, mütaliə vərdişlərinin inkişafına və rəqəmsal informasiya resurslarından istifadə mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verib.


























