image-reklam-veteninfo
image-1backend

Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb: 6 ölü

image-reklam-veteninfo

“Gürcüstan-Moskva” marşrutu ilə hərəkət edən avtobus Rusiyanın Stavropol diyarında qəzaya uğrayıb.

TASS xəbər verir ki, avqustun 30-na keçən gecə “Qafqaz” federal avtomobil yolunun 3-cü kilometrində yüksək sürətlə hərəkət edən Gürcüstan-Moskva marşrutu ilə avtobusu qarşıdakı “KamAZ”-a çırpılıb, daha sonra yol kənarındakı xəndəyə aşıb.

Qəza nəticəsində 6 nəfər hadisə yerində ölüb, 10-u uşaq olmaqla, xəsarət alan 38 nəfər xəstəxanaya yerləşdirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki