image-image_750x_6385951acb793backend

Harut Artin Arakelyan:” İran istənilən an parçalana bilər”

image-reklam_sirab_01

” İranda baş verən siyasi vəziyyət bizim ziyanımızadır” – Vətəninfo.az xəbər verir ki, bunu müsahibəsində İranşünas Harut Artin Arakelyan bildirib. Arakelyanın müsahibəsini ixtisarla diqqətinizə çatdırırıq.

“Hazırda İranda baş verən nümayişlər hələ də davam edir, lakin yumşaldığını deyə bilərik. Əsasən ucqarlarda davam edən nümayişlər ora-bura, geniş miqyasda deyil, hətta orda-burda separatçı toqquşmalara çevrilib. Yəni, əsasən kürd şəhərlərində və cənub-şərq bölgəsində, Bəluc şəhərlərində. “Vətəndaş müharibəsi”nin tərifi hələ də İranda baş verənlərdən uzaqdır. İranda həmişə nümayişlər olsa da, bu dəfə kənar qüvvələr daha sistemli işləyir, bütün bunların sönməsinə imkan verməməyə çalışırlar, ona görə də öz kənar kanalları ilə bunu yaşatmağa çalışırlar. Amma İran bu dəfə qurtula bilməyəcək. Çünki bu nümayişlər uzunmüddətli oldu və çox gözəl idarə olunur. Tezliklə İranın parçalanması qaçılmaz olacaq. Bu parçalanma bizim ziyanımızadır. Çünki İranda əhalinin böyük hissəsi azərbaycanlılardır. Onların hakimiyyəti ələ keçirməsi isə bizim sonumuzu gətirə bilər. Amma artıq bu baş verəcək.”- deyə Arakelyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image