image-1backend

Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib

image-reklam_sirab_01

Londonun ən böyük beynəlxalq aeroportu olan Hitrou hava limanı özünün “Facebook” səhifəsində “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) həsr olunmuş paylaşım edib.

Vətəninfo.az bu barədə Hitrou hava limanının “Facebook” səhifəsinə istinadən xəbər verir.

“Azərbaycan Qərb və Şərq koloritlərinin ahəngi sayəsində unikal və füsunkar ölkədir, burada öyrəniləsi çox şey var və AZAL sizin bələdçiniz olmağa hazırdır”, – paylaşımda deyilir.

Qeyd olunub ki, Hitroudan qalxan üç birbaşa reys sayəsində AZAL-ın səmərəlilik, rahatlıq və komfortun ideal vəhdətini əks etdirən biznes klas uçuşları ilə “787-8” təyyarəsində rahat səyahət edə bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki