image-reklam-veteninfo
image-surucubackend

İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər…

image-reklam-veteninfo

Bu gündən avtomobil sahibləri üçün yeni sığorta qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, icbari sığorta haqqı sürücünün sığorta tarixçəsinə əsasən müəyyən ediləcək. Qəza törətməyən sürücülər sığorta haqqına endirim qazanacaqlar. Təqsirkar olduqları yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi edilən sürücülər isə daha çox pul ödəyəcəklər.

Bəs yeni sistem sürücülərin xərclərinə necə təsir edəcək? Bu dəyişikliklər yol hərəkəti iştirakçılarının davranışına təsir göstərəcəkmi və sığorta sistemində hansı yeniliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, yeni sistem ümumilikdə sürücülərin xərclərinə təsir göstərəcək. Onun sözlərinə görə, xüsusilə qəza törətmiş sürücülər növbəti sığorta dövründə daha yüksək məbləğ ödəməli olacaqlar.

Ekspertin sözlərinə görə, bu dəyişiklik yol hərəkəti iştirakçılarının davranışına da təsir göstərə bilər:

“İnsanlar daha məsuliyyətli davranmağa, riskli hərəkətlərdən çəkinməyə və avtomobili daha diqqətli idarə etməyə çalışacaqlar”.

Eldəniz Cəfərov onu da qeyd etdi ki, sığorta sistemində bu yeniliyin real təsirləri zamanla daha aydın görünəcək:

“Hazırda konkret nəticə demək çətindir. Sistem işə düşdükdən 3-6 ay sonra onun effektivliyini qiymətləndirmək mümkün olacaq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki