image-062500034891backend

İddia ərizəsinin dövlət rüsumunun dərəcələri əsassız olaraq qaldırılıb

image-reklam_sirab_01

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə Aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri dəyişir.

Veteninfo.az xəbər verir ki, «Dövlət rüsumu haqqında» qanuna dəyişikliklər Milli Məclisin iclasında bu gün müzakirə olunur.

Dəyişikliklərə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat rüsum tələb ediləcək.

İddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda isə 120 manat + iddia qiymətinin 0,3 faizi; iddia qiyməti 100 000 manatdan 1 000 000 manata dək olduqda 390 manat + iddia qiymətinin 0,1 faizi tələb edilir.

Həmçinin fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum tələb ediləcək.

Dəyişiklikliklər qəbul olunsa 100 minlik iddia qaldıran şəxs 390 manatdan çox rüsum ödəməli olacaq.

Hazırdakı rüsumlar isə bir neçə dəfə aşağıdır.

Rüsumların bu qədər qaldırılmasına ehtiyac və əsas varmı?

Milli Məclisindeputatı Fazil Mustafa isə “Turan.az”a bildirib ki, buna ehtiyac yoxdur.

«Dövlət rüsumların qaldırılması siyasəti əslində problemli bir məsələdir. Burada bir çox qurumlara müəyyən dərəcədə vəsaitin, yəni 25 faizin onların hesabına köçürülməsi siyasəti da yanlışdır». Deputat qeydedib ki, bəzən rüsumları artırmaqla daha çox həmin qurumların gəlirlərini, əməkdaşların əmək haqqlarını artırmaq istəyirlər. «Bunu da rüsumların qaldırmaq vasitəsilə etmək doğru deyil». O hesab edir ki, rüsumların artırılmasından uzaqlaşmaq lazımdır. «Əsasodur ki, tədbiq olunan qaydaların effektivliyi qəbul edilən olsun və insanlar buna əməl etsinlər. Çünki vətəndaşın cibindən nə qədər çox vəsait çıxırsa vətəndaş qanuna qarşı o qədər də aqressiya nümayiş etdirir. Burada hədəf vətəndaşı cərimələmək olmamalıdır. Hədəf onun qanunlarına əməl etməsini təmin etmək olmalıdır». Deputatın fikrincə rüsumların qaldırılması vətəndaşların yoxsullaşmasının əsas səbəblərdən birinə çevrilir və bu da narazılıq yaradır. Hüquqşünas Samirə Ağayeva isə bildirir ki, rüsumların bu dərəcədə qaldırılması məntiqə uyğun deyil. «Mülkiyyət hüququna aid iddia ərizələrə görə rüsumların 100 manata qaldırılması heç düzgün deyil. Əgər rüsum 100 manatdırsa bu, ölkədəki yaşayış minimumun 50 faizi deməkdir. 2021-ci ilin yanvar ayından ölkə üzrə yaşayış minimumu 196 manat təyin olunub. Və rüsum 100 manatdırsa, bu onun 50 faizidir. Belə olan halda bir çox vətəndaş məhkəmədə mülkiyyət iddiasını qaldırmaq hüququndan məhrum olunacaq». S.Ağayeva deyir ki, təklif olunan rüsumların məbləğləri çox şişirdilib. «Buna heçbir ehtiyac yoxdur. Bundan əlavə son vaxtlar hakimlərin və məhkəmə işçilərinin əməkhaqqları onsuz da bir neçə dəfə qaldırılıb. Yəni, istənilən halda onların maaşlarıqalxıb, iddia ərizələrinə görə rüsumlar isə dövlət büdcəsinə gedir. Bu pul isə nəyə xərclənir məlum deyil»


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki