Türkiyənin məşhur tarixçi alimi İlber Ortaylı avtomobil qəzası keçirib.
Vətəninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortaylının olduğu avtomobil başqa bir avtomobillə toqquşub.
Qəzada ölən və ya xəsarət alan olmayıb. Lakin Ortaylının avtomobilinin sürücüsü ilə digər avtomobilin sürücüsü arasında mübahisə yaranıb. Ortaylı avtomobilindən düşərək onları sakitləşdirməyə çalışıb.