Forbes-in milyarderlərin yenilənmiş reytinqinə əsasən, İlon Maskın sərvəti noyabrın 8-nə 200 milyard dollardan aşağı düşüb. Vətəninfo.az xəbər verir ki, bu onun sahibi olduğu Tesla elektromobil istehsalçısının səhmlərinin qiymətinin düşməsi ilə bağlıdır.
İnvestorlar, Maskın Twitter-in böyüməsinə çox diqqət yetirdiyindən qorxaraq Tesla səhmlərindən imtina edirlər.
Nəticədə, Tesla hazırda 622 milyard dollar olan bazar dəyərinin demək olar ki, yarısını itirib.