image-reklam-veteninfo
image-bez-nazvaniyabackend

İlon Maskın istədiyi olmadı

image-reklam-veteninfo

Veteninfo.Az xarici mətuata istinadən xəbər verir ki, İlon Mask uzun müddətdir ki, Hindistan rəsmiləri ilə əlaqə saxlayır. Bununla da, o, dünyanın ikinci ən böyük əhalisinə malik ölkənin bazarına daxil olmaq istəyir. Hazırda Hindistanda mövcud olan kiçik EV avtomobillərinin stimullaşdırılması, ehtimal ki, Tesla üçün istehsal artımını təmin edəcək. Lakin İlon Maskın səylərinə baxmayaraq, Hindistan hökuməti mövqeyindən dönməyir. Yerli hökumətdən verilən açıqlamaya görə, Tesla yuxarıda qeyd olunan vergi dəstəklərindən yararlana bilməyəcək. Dolayı Vergilər və Gömrük Mərkəzi Şurasının sədri Vivek Johri mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib: “Teslanın müraciətini diqqətlə araşdırdıq və istəklərinin keçərli olub-olmadığını yoxladıq. Ancaq xaricdə istehsal ölkəmizin strukturuna görə vergiyə cəlb olunur. Əgər vergi dəstəyi gözlənilirsə, Hindistana investisiya qoyulmalıdır”.

Turqay Musayev




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki