image-55backend

İpoteka və Kredit Zəmanət Fondu: “Problemli kreditlərimiz yoxdur”

image-reklam_sirab_01

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələb formalaşdırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumata görə, təkcə 2021-ci ilin 11 ayında ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinin məbləğində müşahidə olunan əhəmiyyətli artım İKZF-nin kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur”, – deyə qurum bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki