image-reklam-veteninfo
image-timthumb-1backend

İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək

image-reklam-veteninfo

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da, cümə günü Ermənistana qısamüddətli səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.

Bildirilib ki, Məsud Pezeşkian Ermənistanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (CBD COP17) iştirak edəcək.

İsmail Bəqainin sözlərinə görə, konfrans çərçivəsində İran prezidentinin tədbirdə iştirak edən bir sıra ölkələrin liderləri ilə görüşləri, danışıqlar aparması və fikir mübadiləsi etməsi də nəzərdə tutulur.

İran XİN-in nümayəndəsi qeyd edib ki, İran Bioloji Müxtəliflik haqqında Konvensiyanı imzalayan ilk ölkələrdən biri olub və 1996-cı ildə rəsmi olaraq bu sənədə qoşulub.

Onun sözlərinə görə, son üç onillik ərzində İran biomüxtəlifliyin qorunması və ətraf mühitin mühafizəsi sahəsində mexanizmlərin və qaydaların hazırlanmasında mühüm rol oynayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki