image-reklam-veteninfo
image-1backend

İrandan ABŞ-yə mesaj: “Siz bizə zərbə vursanız, biz də sizə vuracağıq” 

image-reklam-veteninfo

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-yə qarşı sərt xəbərdarlıqla çıxış edib.

Vətəninfo.az xəbər verir ki, Qalibaf “X” hesabında paylaşdığı açıqlamada İranın neft və qaz hasilatı zəncirinin genişmiqyaslı, əlçatan və hücumlara açıq olduğunu bildirib.

O, Fars körfəzi sularında və enerji obyektlərində fəaliyyət göstərən ABŞ neft və qaz şirkətlərinin də eyni təhlükə ilə üzləşdiyini iddia edib.

“Aktivlərimizə zərbə endirsəniz, sizə də zərbə endiriləcək. Biz bunu artıq sübut etmişik”, – deyə Qalibaf yazıb.

İran parlamentinin sədri ABŞ-nin daha əvvəl istifadə etdiyi və hazırda fəaliyyət göstərməsi mümkün olmayan bazalara diqqət çəkərək, Vaşinqtonun bunun nəticələrini artıq gördüyünü bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki