image-4c1bf896-9981-3807-902d-08cadb2cffe9_850backend

İrina Zaretska Mərakeşdəki turnirdə bürünc medal qazana bilər

image-reklam_sirab_01

Azərbaycan təmsilçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Karate1 Premyer Liqa turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

Veteninfo.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada misirli olimpiya çempionu Feryal Abdelezizlə üz-üzə gələcək.

Azərbaycanın 60 kq-dakı digər karateçiləri Əminağa Quliyev və Sultan Hüseynov bürünc medal görüşündə bir-birilərinə rəqib olub.

Qeyd edək ki, turnirdə 48 ölkədən 238 karateçi qüvvəsini sınayacaq. Yarışın növbəti mərhələsi 2 – 4 sentyabrda Bakıda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki