Ləğv prosesində olan “Standard İnsurance” Sığorta Şirkəti ilə bağlı bu vaxta qədər 5 milyon manatlıq ödəniş edilib.
Veteninfo.az xəbər verir ki, bunu jurnalistlərə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov deyib.
R.Əhmədovun sözlərinə görə, bu ödənişlər 5 minə yaxın müqaviləni əhatə edir.
İSB rəsmisi əlavə edib ki, hazırda kiçik həcmli ödənişlər də davam edir.
Xatırladaq ki, Mərkəzi Bankın qərarı ilə “Standard Insurance”ın sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflisolma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.