UEFA Millətlər Liqasında IV turun ilk 9 matçı keçirilib.
Veteninfo-nun məlumatına görə, qarşılaşmalardan hərəyə 2-si A və B Liqalarında, 4-ü C, 1-i isə D Liqasında oynanılıb.
A Liqasının 2-ci qrupunda İsveçrə lider Portuqaliyanı elə birinci dəqiqədə Haris Seferoviçin qolu ilə yenərək, ilk qələbəsinə imza atıb – 1:0. Bu komandalar arasındakı II tur matçında Portuqaliya böyük hesabla qalib gəlmişdi.
Qrupun digər görüşündə İspaniya Çexiya üzərində 2:0 hesablı qələbə qazananraq, liderliyə yüksəlib. Praqadakı qarşılaşmada İspaniya son anda məğlubiyyətdən xilas olaraq, 2:2 hesablı heç-heçə etmişdi.
B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edəcək. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2. Qalib komandadan Erlinq Holann “dubl” edib. Serbiya isə son pillədəki Sloveniya ilə səfərdə məhsuldar heç-heçə edib – 2:2.
C Liqasında Yunanıstan ən yaxın izləyicisi Kosovoya 2:0 hesabı ilə qalib gələrək, 2-ci qrupun qalibi olub. Şimali İrlandiya isə Kiprlə görüşdə 2 top fərqi ilə geri düşsə də, məhsuldar heç-heçəyə nail olub – 2:2.
Gürcüstan 4-cü qrupunda Bolqarıstanla ev oyununda qolsuz heç-heçə edərək, ilk xal itkisi ilə üzləşib. Əvəzində Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqi darmadağın edib – 4:0.
Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu yenib və qrup lideri Estoniya ilə xallarını bərabərləşdirib.