image-putin-vardanyan-696x470backend

İşxan Verdyan: Moskvanın agenti Vardanyanın məqsədi Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil olmasıdır

image-reklam_sirab_01

Xankəndidə separatçıların mitinqində Ruben Vardanyanın Yeni il qabağı çıxışı Qarabağ probleminin sülh yolu ilə həllinə yer qoymur. O, erməniləri yeni qana hazırlaşmağa çağırıb (“Bizi çətin yol gözləyir, onu birlikdə keçəcəyik: tər və qan ilə”). Vardanyan hazırlanmaqda olan qan tökülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Prezident llham Əliyev Vardanyanı Moskvanın adamı adlandırıb, Rusiya Federasiyasının xarici işlər naziri Lavrov isə deyib ki, Vardanyanı Qarabağa onlar göndərməyiblər.

***

“DQR-in dövlət naziri” Ruben Vardanyan kimdir? Bu suala erməni sülhməramlı İşxan Verdyan cavab verib.

İşxan Verdyan– Ruben Vardanyanın nə etdiyini başa düşmək üçün onun kim olduğunu bilmək lazımdır. Kremlə yaxın olan bu rusiyalı oliqarx ötən il Ermənistanda olub və öz səfəri zamanı Ermənistan televiziyasına müsahibə verib. Vardanyan müsahibəsində açıq mətnlə deyib ki, Ermənistan öz xoşu ilə Rusiyanın vilayətinə çevrilməlidir, əks halda pis olacaq.

Mən buna xüsusi diqqət yetirmək istəyirəm, bu, çox vacibdir, ona görə də təkrar edirəm – Vardanyan Ermənistana öz istəyilə Rusiyanın tərkib hissəsi olmağı tövsiyə edib, əks halda bu, məcburi şəkildə olacaq. Onun sözlərinə görə, əgər Ermənistan könüllü birləşərsə, Tatarıstan kimi nisbətən uğurlu regiona çevrilmək üçün hər cür şansı olacaq, əks halda ziyanlı bölgə olacaq.

İndi sual olunur – bu adam kimin maraqlarını müdafiə edir? Ermənistanın? Bəyəm Ermənistanın planında Rusiya Tatarıstanına çevrilmək var? Kremlə yaxın rusiyalı oliqarx Ermənistanın Rusiyanın tərkibinə daxil olmasını təşviq edir. Hmm… Kimin maraqlarına xidmət edə bilərdi? Məncə, burada hər şey göz qabağındadır.

Başa düşmək lazımdır ki, Ruben Vardanyan Rusiyanın adamıdır, həmişə belə olub və belə olacaq. Bu barədə çox danışılıb, bunu erməni ekspertlərin özləri də dəfələrlə sübut ediblər və buna ancaq dünyanın ən sadəlövh adamı şübhə edə bilər. Və məhz Vardanyanın Rusiyanın adamı olması onun Qarabağda – Rusiya Federasiyasının bütövlükdə və tamamən nəzarətində olan zonada bir nömrəli adam olmasına kömək edib.

Ruben Vardanyan Rusiyanın adamıdır, Rusiyanın maraqlarını müdafiə etmək üçün Rusiya tərəfindən Qarabağa göndərilib. Və sona qədər mübarizə aparacağını deyəndə Rusiyanın – maraqlarına xidmət etdiyi, onu milyarder edən, vətəni olan ölkənin qələbəsini nəzərdə tutur. Bəli, bəli, Vardanyan öz vətəninin, Rusiyanın vətənpərvəridir və buna görə onu qınamaq çətindir.

Bəs Rusiya üçün qələbə nədən ibarətditr? Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan birbaşa səsləndirib – Ermənistanı Rusiyanın tərkibinə daxil etməkdən. Mahiyyətcə, Ruben Vardanyanın Ermənistan televiziyasında təşviq etdiyi şey.

Sual: Vardanyan Ermənistanı Rusiya Federasiyasına necə daxil etdirə bilər?

Cavab: Ermənistan yalnız öz iradəsilə Rusiyanın tərkibinə daxil ola bilər. Məcburiyyət nəticə verməyəcək, çünki Ermənistanın Rusiya ilə birbaşa quru sərhədi yoxdur və üsyan edən regiona nəzarət etmək sonuncu üçün çox çətin olacaq – cəza qoşunlarını effektiv şəkildə yertimək mümkün olmayacaq.

Əgər Ermənistan güc yolu ilə və xalqın iradəsinə zidd olaraq birləşsə, çox tezliklə xalqın eyni iradəsilə ondan ayrılacaq və Rusiya buna qarşı heç nə edə bilməyəcək. Ona görə də Ermənistan xalqının buna razılıq verməsi lazımdır.

Amma əgər orada antirusiya əhval-ruhiyyəsi günbəgün artırsa və adamlar Rusiyanın tərkibində olmaqdansa, ac-yalavac qalmağa üstünlük verdiklərini açıq şəkildə deyirlərsə, xalqın razılığını necə almaq olar? Cavab məlumdur – elə bir vəziyyət yaratmaq lazımdır ki, xalq özü Rusiyanı köməyə çağırmağa məcbur olsun. Bəs belə vəziyyəti necə yaratmaq olar?

Və bu zaman Ruben Vardanyan meydana çıxır. O, bütün Qarabağı öz ətrafında cəmləşdirib Azərbaycanla sonadək mübarizəyə başlayır. Qarabağ Azərbaycanın qanuni ərazisidir və Azərbaycan onu almaq üçün hər şeyi edəcək. Qarabağda güc tətbiq edə bilməz, çünki bu, dərhal soyqırım kimi qiymətləndiriləcək və problemə beynəlxalq yanaşmalara yenidən baxılması üçün zəmin yaradacaq. O zaman deyəcəklər ki, baxın, ermənilər haqlı idi, Azərbaycan həqiqətən onları məhv etmək istəyir və soyqırımdan qaçmaq üçün ərazi bütövlüyü prinsipi yerini öz müqəddəratını təyinetmə prinsipinə verəcək. Azərbaycan buna razı olmayacaq.

Sual: Sizcə, belə olduğu halda, prezident Əliyev necə hərəkət edəcək?

Cavab: Yuxarıda deyilənlər o demək deyil ki, Azərbaycan Ermənistana qarşı güc tətbiq etməyəcək. Vardanyan nə qədər təəssüflə sızıldayacaqsa, Ermənistanda Qarabağın Azərbaycana verilməsinə, onun ərazi bütövlüyünün tanınmasına bir o qədər sərt şəkildə qarşı çıxacaqlar. Əgər bu işdə Azərbaycanın adı keçərsə, Ermənistanda ancaq və ancaq bu ölkəni ittiham edəcəklər, “əgər Əliyev qarabağlılara qarşı soyqırım törətmək istəyirsə, Vardanyanın kimə işlədiyinin nə fərqi var?” kimi mühüm detallara varmayacaqlar. Problemə bu cür yanaşma Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına, yəni sonuncunun ərazi bütövlüyünü tanımasına mane olacaq.

Bəs belə olan halda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımasa onda necə olsun? Nədənsə bu detal bizdən qaçır, amma öz əhəmiyyətini itirmir. Əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasa, deməli, onlar sərhədi tanımırlar. Deməli, onların arasında sərhəd yoxdur! Əgər sərhəd yoxdursa, hansı dağın, hansı vadinin kimə aid olduğunu necə bilmək olar?

Ruben Vardanyan süni şəkildə elə bir atmosfer yaradır ki, Ermənistan Azərbaycan ərazilərini tanımaqdan imtina etsin. Buna cavab olaraq Azərbaycan Ermənistanın ərazilərini tanımaqdan imtina edəcək, nəticə olaraq – sərhəd yoxdur, nəticə olaraq – Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürəcək və ola bilsin ki, güc tətbiq edəcək. Aylıq rejimdə sərhəddə vəziyyət gərginləşəcək, adamlar öləcək, ritorika daha da qəzəbli olacaq.

Bu, daimi xarakter daşıyacaq və bir gün Ermənistan sakinləri buna dözməyəcəklər, deyəcəklər ki, bəsdir, biz artıq övladlarımızı itirmək istəmirik, gücümüz çatmır, Rusiya, gəl, məsələni yoluna qoy! Və Ermənistan xalqı Rusiyanı özü çağıracaq, öz istəyilə. Lazım olan da bu idi.

Məhz bu, Ruben Vardanyanın can atdığı qalibiyyətli son olacaq. Hər gün raport verərkən “qələbəli sonluğa qədər dayanacağıq” dediyində məhz bunu nəzərdə tutur. Onun raportu ilk baxışda göründüyü kimi, ermənilərə ünvanlanmayıb. Moskvaya – xidmət etdiyi və onu oraya göndərən adamlara ünvanlanıb. O, həqiqətən onların başladığı işi bitirmək istəyir.pressklub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image