image-reklam-veteninfo
image-qrnxhr32xfxuk5mipkmyotw34hvvpeggtguuak13backend

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

image-reklam-veteninfo

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.

Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun qida təhlükəsizliyi və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə və “Araz” Supermarketlər Şəbəkəsinin təzə məhsullar üzrə Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Vüqar Quliyev tərəfindən “Meyvə-tərəvəz və ət tədarükü zənciri” mövzusunda təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı məhsullarının istehsalçıdan satış nöqtəsinədək keçdiyi mərhələlər, qəbul və saxlanma şərtləri, keyfiyyətə nəzarət mexanizmləri, logistika imkanları və mövcud əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.

Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.

Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.

image-vmazcbhn368n156fffp4holtxfvpcl3qz7perd2n image-z5bdypdgrpqfip6pps8pxxqubjnfk6orks13n8nw image-gtsq99488qzoknb9whyerstz652yskckctajzvon image-2xoe16evbvxbwvwb7jwmvewx0gquitoam34ps4wj image-aayinjtoxrcnltxbn2qbxoz4uufixokicmeul0ra image-dwtezdzem1yhvqo7r2bghsmdppjcwmtjqcoxef0t image-qrnxhr32xfxuk5mipkmyotw34hvvpeggtguuak13

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki