Vətəninfo.az xəbər verir ki, belə bir məlumatı Facebook sosial şəbəkəsində Kamil Abdullayev adlı sosial şəbəkə istifadəçisi paylaşıb.
Paylaşımda iddia edilir ki, Cəlilabad rayonunun sakinləri bölgədə aparılan idarəçilik və mövcud vəziyyətlə bağlı ciddi narazılıqlarını ifadə ediblər. Sakinlər rayonun sosial-iqtisadi durumundan və məmurların fəaliyyətindən gileylənərək aidiyyəti qurumlara müraciət edirlər.
” Rafiq Cəlilov 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. O, uzun illər ərzində müxtəlif dövlət qurumlarında, o cümlədən Xəzər Dəniz Gəmiçilik İdarəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində rəhbər vəzifələrdə çalışıb. Prezidentin müvafiq sərəncamları ilə 2006-cı ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini, 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini, 2020-ci ildə isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini təyin edilib. Lakin yerli sakinlər onun idarəçiliyindən narazıdırlar”.
Paylaşımda Cəlilabad rayonundan millət vəkili seçilmiş, Prezidentin köməkçisi Kərəm Həsənovun qardaşı Malik Həsənovun adı da iddialarda hallanır. Sakinlər onun Milli Məclisdə fəallıq göstərmədiyini və rayonun problemlərinə məhəl qoymadığını iddia edirlir. Rayon sakinlərinin sözlərinə görə, Cəlilabad rayonu Günəşli kənd nümayəndəliyinin sədri, Kərəm və Malik Həsənov qardaşlarının əmisi oğlu İlqar Həsənov rayonda müxtəlif qanunsuzluqlara yol verir. İddia olunur ki, rayonda 30 hektardan çox torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilib və bu prosesdə kadastr şöbəsindən çıxarışların alınması çətinlik yaratmır.
Cəlilabad sakinləri qeyd olunan problemlərlə əlaqədar ölkə rəhbərliyinə -Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vitse-prezident xanım Mehriban Əliyevaya və Baş prokuror Kamran Əliyevə müraciət edərək köməklik göstərilməsini xahiş edirlər.
(Ardı var)


























