Milli Məclisin deputatı Könül Nurullayevaya Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı təqdim olunub. Mükafatla bağlı öz təəssüratlarını bölüşən millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhadət zirvəsinə yüksələn hər bir igidimizin ailə üzvlərinə, qazilərimizə və veteranlara dəstək göstərmək bizim ilk növbədə mənəvi borcumuzdur: “Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı arzu edir, hər zaman onların xidmətində hazır olduğumu vurğulamaq istəyirəm. Bir daha bu dəyərli mükafata layiq bildikləri üçün ictimai birliyin rəhbərliyinə təşəkkürümü bildirirəm.”