Vətəninfo.az xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat paylaşılıb: “Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi dərindən sarsıtdı. Faciə zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyirik, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.
Davam edən axtarış və xilasetmə əməliyyatlarına Kristal Abşeron olaraq öz dəstəyimizi göstərmək adına T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı – AFAD-a 600 000 TL ianə etdik və 650 000 TL dəyərində isə Türkiyədən qida məhsulları, Azərbaycandan isə bir sıra zəruri ləvazimatlar (çadır, yataq dəstləri və çarpayı, masa, oturacaq, qızdırıcı və s.) alaraq zəlzələ bölgəsinə göndəririk.
Hərkəsi qardaş Türkiyənin bu çətin günlərində yanında olmağa səsləyirik!”
İanə etmək üçün keçid – https://www.afad.gov.tr/depremkampanyasi2