Takicistanda Mərkəzi Asiyanın KTMT üzvü olan ölkələrinin “Sərhəd-2024” hərbi təlimlərinin aktiv mərhələsi başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu bardə təlimlərin Birləşmiş Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, budəfəki hərbi manevrlərə adıçəkilən ölkənin müdafiə nazirinin müavini, general-mayor Saidasror Abdullozoda rəhbərlik edir.
Əsasən səhra şəraitində keçirilən təlimlərdə şəxsi heyət KTMT üzvü olan dövlətin ərazisinə qeyri-qanuni yollarla daxil olmuş silahlı birləşmələrə qarşı hərbi əməliyyatların keçirilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Qeyd edək ki, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən 1500 nəfərlik şəxsi heyətin və 250 ədəd hərbi texnikanın iştirak etdiyi “Sərhəd-2024” hərbi manevrləri Tacikistanın “Harbmaydon” poliqonunda keçirilir.