Vətəninfo.az serhed.az saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə by_.mila_ hesabı ilə fəaliyyət göstərən və özünü “estetik kosmetoloq” kimi təqdim edən Ramilə Əlizadə ilə bağlı redaksiyaya müraciət daxil olub.
Müraciətdə bildirilir ki, Ramilə Əlizadə “Laser Beauty CLINIC” adlı məkanda müxtəlif kosmetoloji prosedurlar həyata keçirir, bu xidmətləri sosial şəbəkə vasitəsilə reklam edir və paylaşılan görüntülərdə estetik və inyeksiya xarakterli prosedurların icra olunduğu görünür.
İddialara görə, onun bu fəaliyyət üçün qanunvericiliyin tələb etdiyi müvafiq tibbi ixtisas, sertifikat və ya rəsmi icazə sənədlərinə malik olub-olmaması ilə bağlı ciddi suallar yaranıb.
Mütəxəssislər qeyd edirlər ki, dolğu, botoks, plazma terapiyası və digər invaziv kosmetoloji müdaxilələr yalnız müvafiq tibbi bilik və hazırlığa malik şəxslər tərəfindən həyata keçirilməlidir, əks halda pasiyentlərin sağlamlığı üçün ciddi fəsadlar yola aça bilər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara rəsmi sorğu göndərilərək Ramilə Əlizadənin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının araşdırılması xahiş ediləcək.
Yazıda yer alan məlumatlar daxil olmuş müraciətdə səsləndirilən iddialara əsaslanır və qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


























