Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb.
Vətəninfo.az xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.
Kənd sakini – 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilərək süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyinə baxmayaraq, E.İbadov bu gün günorta saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə sentyabrın 17-də baş vermişdi. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


























