image-6221c0f89f4276221c0f89f42816463792566221c0f89f4226221c0f89f425-1backend

Lirənin manata qarşı məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib

image-reklam_sirab_01

Türkiyə lirəsinin (TRY) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi bu gün daha 0,7% azalaraq 0,1202 manata (1 manat/8,32 lirə) səviyyəsinə enib ki, bu da 2022-ci ilin minimum göstəricisidir.

Veteninfo.az-ın apardığı hesablamalara görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda və Türkiyənin Rusiya ilə sıx iqtisadi əlaqələrini nəzərə alaraq, investorlar bu hadisənin ölkəyə necə təsir edəcəyini qiymətləndirir.

Qeyd edək ki, 2021-ci ildə lirənin ABŞ dollarına (USD) qarşı 44%-lik enişindən sonra hökumətin lirə əmanətlərini amortizasiyadan qoruyan proqramla və Mərkəzi Bankın valyuta bazarına intervensiyaları sayəsində bu il lirə nisbətən sabit saxlanılsa da, TRY-USD cütlüyündə Ukraynadakı müharibədən sonra lirə yenidən dəyər itirməyə başlayıb. “JPMorgan” transmilli investisiya bankı güman edir ki, müharibənin Türkiyə iqtisadiyyatına əsas təsiri aşağı turizm gəlirləri və neft qiymətlərinin artmasından olacaq.

Xatırladaq ki, Türkiyədə fevralda illik inflyasiya 54,44%-ə yüksəlib, Mərkəzi Bank isə uçot dərəcəsini ötən ilin sentyabr ayından bəri 500 baza bəndi (5%) qaldıraraq 14%-ə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki