Macarıstanın “MOL” neft emalı zavodunda (NEZ) partlayış baş verib, nəticədə bir nəfər həlak olub.
Bu barədə ölkənin Baş naziri Peter Madyar sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, daha bir neçə nəfər ciddi xəsarət alıb.
Madyar qeyd edib ki, energetika naziri İştvan Kapitan “MOL”un baş direktoru Jolt Hernadi ilə birlikdə hadisə yerinə yollanıb.
Qeyd edək ki, zavod Tisauyvaroş şəhərində yerləşir.


























