Azərbaycan millisinin futbolçusu Maksim Medvedev zədələnib.
Veteninfo-nun məlumatına görə, yığmanın kapitanı Serbiyada Belarusa qarşı keçirdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda xəsarət alıb.
65-ci dəqiqədə 33 yaşlı müdafiəçinin yerinə meydana Qismət Alıyev daxil olub.
Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.