image-brijabackend

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,  8 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Kuponlu, uzunmüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0110002950
Emissiya həcmi 20 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti 2548  gün
Faiz ödənişləri (olduqda) 9 avqust  2022-ci il,   7 fevral 2023-cü il      8 avqust  2023-cü il,  6 fevral 2024-cü il

6 avqust  2024-cü il,  4 fevral 2025-ci il

5 avqust  2025-ci il,   3 fevral 2026-cı il

4 avqust  2026-cı il,   2 fevral 2027-ci il

3 avqust  2027-ci il,   1 fevral 2028-ci il

1 avqust  2028-ci il,   30 yanvar 2029-cu il

Faiz gəliri 6.0 %
Ödəmə tarixi 30.01.2029
Anderrayter                  “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki