image-reklam-veteninfo
image-1backend

Mayk Pompeodan İranla bağlı çağırış: “Rejimin süqutu ölkə daxilindən baş verməlidir”

image-reklam-veteninfo

ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo İranda hakimiyyət dəyişikliyinin ölkə daxilində baş verməli olduğunu bildirərək, gizli əməliyyatların və müqavimət hərəkatlarına dəstəyin bu məqsədə çatmaq üçün mümkün vasitələr olduğunu deyib.

Vətəninfo.az xəbər verir ki, Pompeo İran hakimiyyətinin süqutunun ABŞ üçün müsbət nəticələr verəcəyini iddia edib.

Onun sözlərinə görə, İranda mövcud rejimin süqutu enerji qiymətlərinin aşağı düşməsinə və təhlükəsizliyin artmasına səbəb ola bilər.

Pompeo qeyd edib ki, bu proses ölkə daxilində baş verməlidir. O, gizli əməliyyatları və İrandakı müqavimət hərəkatlarına dəstəyi mümkün vasitələr kimi göstərib.

ABŞ-nin keçmiş dövlət katibinin açıqlaması Vaşinqtonda İran hakimiyyətinə qarşı təzyiq və mümkün siyasi dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Qeyd edək ki, Pompeonun səsləndirdiyi fikirlər onun şəxsi siyasi mövqeyini əks etdirir. Bu açıqlamalar özlüyündə ABŞ administrasiyasının hazırkı rəsmi siyasətinin göstəricisi hesab edilə bilməz.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki