image-b21a8bb8-6cdf-3101-8db4-6f2153fef24d_850backend

Mərkəzi Gömrük Hospitalının, Azərbaycanda müasir  texnologiyalara malik qabaqcıl bir xəstəxana kimi…

image-reklam_sirab_01

Hazırda dünya çox çətin bir sınaqla qarşı-qarşıyadır. Bu gün bütün dünyanı cənginə alan koronavirus xəstəliyi yüz minlərlə can almaqda davam edir. Müxtəlif ölkələr bu virusla fərqli formalarda mübarizə aparır. Virus Azərbaycanda yayıldığı ilk vaxtlardan bəri bizim ölkədə də onunla çox ciddi və effektli şəkildə mübarizə aparılır. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa tapşırıq və nəzarəti ilə həyata keçirilən koronavirusla mübarizə ölkəmizdə uğurla davam etdirilir. Beynəlxalq  aləmdə də Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Daha dəqiq desək, Azərbaycan artıq  virusla mübarizədə digər ölkələrə örnək ola bilib. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb. Çünki Azərbaycanda virusun üzə çıxdığı ilk dövrlərdən etibarən ona qarşı sistemli işlər həyata keçirilib. Hazırda da koronavirus pandemiyası ilə bağlı ardıcıl işlər davam etdirilir.

Veteninfo.az-a Belə ki, COVİD-19-a yoluxmuş və daha sonra Mərkəzi Gömrük Hospitalında müalicə olunaraq yenidən sağlığına qovuşmuş Hüseyn Məsumov  bizimlə təəssüratlarını bölüşüb.

O, bildirib ki, Mərkəzi Gömrük Hospitalının, Azərbaycanda müasir  texnologiyalara malik qabaqcıl bir xəstəxana kimi, ən ağır koronaviruslu xəstələrin müalicəsini üzərinə götürməsi çox şeyi deyir:

“Hospital yüksək texnologiyalı tibbi avadanlıqlarla kifayət qədər yaxşı təmin olunub. Təsadüfi deyil ki, məhz Mərkəzi Gömrük Hospitalı Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO)aparatını tətbiq etmiş ilk və hələ yeganə tibb müəssisəsidir.

Bu gün Mərkəzi Gömrük Hospitalının fədakar həkimləri və tibb işçiləri sözün əsl mənasında koronavirusla mübarizədə ön cəbhədədirlər. Yüksək ixtisaslı,təcrübəli və qayğıkeş həkimlərin nəzarətində əsl keyfiyyətli tibbi yardım almaq həqiqətən insanı qürurlandırır.

Gömrük Hospitalı  həm xidmət baxımından, həm də həkim seçiminə görə digər xəstəxanalardan fərqlənir. Belə ki, virusla mübarizə apardığım müddət ərzində baş həkim Elman doktor,həkimlərdən Mədinə xanım, Sevinc xanım, tib bacıları Elnarə, Təhminə, Nəfmin xanımlar və digər personallar hər gün, hər saat səni yoxlamağa gəlməsi,  24 saat fasiləsiz nəzarət etmələri insana özünü güvənli hiss etdirir. Hospitalın peşəkar tibb personalı ən son tibbi yeniliklərə əsaslanaraq koronavirus xəstələrinin sağlamlığının bərpası istiqamətində bütün imkanlarını səfərbər ediblər.

Xəstə yatdığım müddət ərzində digər həkimlər kimi baş həkim Elman doktorun, bütün xəstələri bir-bir hər gün ziyarət etməsi,onların vəziyyəti ilə yaxından maraqlanmasının şahidi oldum.

Onu da qeyd etməliyəm ki, ilk gündən etibarən ölkəmizdə virusdan sağalanların sayının yüksək olmasında, ağır xəstələrin həyata qaytarılmasında Mərkəzi Gömrük Hospitalınnda çalışan həkimlərin, tibb işçilərinin əməyi danılmazdır. Hətta, bir vətəndaş olaraq, orada gördüyüm diqqət və qayğının nəticəsidir ki, bu gün koronavirus kimi ağır xəstəliyə qalib gəlmişəm.  Bundan digər xəstəxanaların da nümunə götürməsini istərdim.

Tam səmimiyyətimlə deyə bilərəm ki, burada insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, həkimlərin peşəkarlığı, bütün xəstələrlə xoş rəftar və diqqət haqlı olaraq Mərkəzi Gömrük Hospitalı barəsində müsbət ictimai rəy yaradır. Burada yaradılan şərait Avropanın ən qabaqcıl klinikalarından heç də geri qalmır.

Çox sevinirəm ki, Azərbaycanda belə tibb müəssisəsi var. Hospitalın rəhbərliyinə, həkim və tibbi heyətinə, xəstə baxıcılarına qədər hər kəsə öz minnətdarlığımı bildirirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image