image-ruhani-veteninfobackend

Ruhanidən həyacanlı-BƏYANAT

image-reklam_sirab_01

İranda COVID-19 ilə əlaqədar vəziyyət daha da pisləşir,ölkənin xəstəliyin beşinci dalğası ilə qarşılaşma ehtimalı var.

 

Veteninfo.az RİA Novosti-yə istinadən xəbər verir ki,prezident Həsən Ruhani bu barədə açıqlama verib.

“Ölkənin cənub və cənub-şərq bölgələrində koronavirus ‘delta’ növünün yayılması müşahidə edilib.Səlahiyyətli şəxslər bunu dayandırmağa çalışdılar, lakin bu gərginlik digər əyalətlərə də yayıldı və vəziyyət əvvəlki həftələrə nisbətən nəzərəçarpacaq dərəcədə pisləşdi”

Ruhani, koronavirusla mübarizə komitəsinin iclasında çıxışı zamanı qeyd edib ki,İran dövlətinin hər gün 500 min vətəndaşı peyvənd etmək imkanına malik olmasına baxmayaraq, virusun yayılmasının qarşısını almaq üçün tövsiyələrə  çiddi əməl etməyin labüddür:”Bəlkə də beşinci dalğa artıq başlayıb”.

image-covid-veteninfo

Qeyd edək ki, aprel ayının əvvəlində İran səlahiyyətliləri dördüncü koronavirüs dalğasının İranın hər tərəfində başladığını elan etmişdi.İranda COVID-19 infeksiyasının ümumi sayı 3,3 milyona çatıb, 3 milyondan çox insan sağalıb. Pandemiya ölkədə 85,6 min insanın həyatına son qoyub.

 

Gülşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image