image-360449_res_01backend

Ermənistanda koronavirusa yoluxanların sayı 206 mini ötdü

image-reklam_sirab_01

Ermənistanda son sutka ərzində daha 1014 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Veteninfo.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 206 142 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə həm də 23 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 3817-yə çatıb.

Aktiv xəstələrin sayı 16 236 nəfər təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki