Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayola dünyasını dəyişib.
Vətəninfo.az “Rancredi Palmeri” nəşrinə istinadən xəbər verir ki, o, 54 yaşında xəstəlikdən vəfat edib.
Rayola yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Mino Rayola İngiltərən “Mançester Yunayted”ində çıxış edən Pol Poqba və Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.