İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran mətbuatı yazır.
Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.
Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.


























