image-01020f64-4dbc-39d9-a77e-b0f7adf567ff_850backend

Millətlər Liqası: Azərbaycan millisi bu gün Slovakiyanı qəbul edəcək

image-reklam_sirab_01

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. I turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn qonaqlar ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzub. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilib.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki