image-3d82985f-a0da-3b5e-a6e0-de4b55eeb017_850backend

Millətlər Liqası: Belçika Polşanı darmadağın edib, Ukrayna qələbə qazanıb

image-reklam_sirab_01

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Veteninfo-nun məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib – 1:0.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki