image-c211b29e-3cb9-33bd-9d3e-68e4737017bc_850backend

Millətlər Liqası: Bu gün daha 7 oyun keçiriləcək

image-reklam_sirab_01

Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.

“Report”un məlumatına görə, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma nəzərdə tutulub.

A Liqasında 1-ci qrupun görüşlərində 3 xala malik Avstriya 1 xalı olan Fransanı, 6 xalla lider mövqeyində qərarlaşan Danimarka 1 xalla sonuncu yerdə gedən Xorvatiyanı qəbul edəcək.

B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutacaq. Bu görüş 1 xalla 2-3-cü yerləri bölüşdürən Albaniya və İsrail arasında olacaq. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edəcək.

C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, 1 xala malik Azərbaycan yığması 3 xalı olan Slovakiyanı qəbul edəcək. Eyni xalı olan Belarus isə 6 xalla qrupa başçılıq edən Qazaxıstanı qəbul edəcək.

Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova Latviyanı, Andorra Lixtenşteyni sınağa çəkəcək. 2 turdan sonra Latviya 6 xalla liderdirsə, Moldovanın 4, Andorranı 1 xalı var. Son pillədəki Lixtenşteyn isə xalsızdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki