Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.
“Report”un məlumatına görə, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olacaq, Bu komandalar ilk turu məğlubiyyətlə başa vurublar. Onları yenən Avstriya və Danimarka bu dəfə bir-biriləri ilə üz-üzə gələcək.
B Liqasının yeganə matçında İslandiya Albaniyanı sınağa çəkəcək. Bu, 2-ci qrupun görüşü olacaq. Rusiyanın yarışdan uzaqlaşdırılması səbəbindən İsrail turu istirahətlə keçirəcək.
C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qarşılaşacaq. Qazaxıstan isə Slovakiyanın qonağı olacaq.
Nəhayət, D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteyni, Andorra Moldovanı qəbul edəcək.
A Liqası
1-ci qrup
22:45. Avstriya – Danimarka
22:45. Xorvatiya – Fransa
Xal durumu: Avstriya – 3, Danimarka – 3, Fransa – 0, Xorvatiya – 0
B Liqası
2-ci qrup
22:45. İslandiya – Albaniya
Xal durumu: İslandiya – 1, İsrail – 1, Albaniya – 0, Rusiya – (yarışdan kənarlaşdırılıb)
C Liqası
3-cü qrup
22:45. Belarus – Azərbaycan
22:45. Slovakiya – Qazaxıstan
Xal durumu: Qazaxıstan – 3, Slovakiya – 3, Belarus – 0, Azərbaycan – 0
D Liqası
1-ci qrup
20:00. Latviya – Lixtenşteyn
22:45. Andorra – Moldova
Xal durumu: Latviya – 3, Moldova – 3, Lixtenşteyn – 0, Andorra – 0