image-be0af7ef-4475-343d-88db-5af44b32beff_850backend

Millətlər Liqası: Portuqaliya Çexiyanı qəbul edir, İspaniya İsveçrənin qonağı olur

image-reklam_sirab_01

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılacaq.

A Liqasının 2-ci qrupunda Portuqaliya Çexiyanı, İsveçrə İspaniyanı qəbul edəcək. İlk iki turdan sonra Portuqaliya və Çexiyanın 4, İspaniyanın 2 xalı var, Hər iki görüşdə məğlub olan İsveçrənin isə xalı yoxdur.

B Liqasının 4-cü qrupunda Sloveniya Norveçin, Serbiya İsveçin qonağı olacaq. İki qarşılaşmada maksimum nəticə göstərən Norveç liderdir. İsveç və Serbiya 3 xala malikdir. Sloveniya isə hər iki matçda uduzub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki