image-333backend

Milli Məclisdə BQXK-yə etiraz bildirildi

image-reklam_sirab_01

Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bu təşkilat unudur ki, hələ də Azərbaycan ərazisində fəaliyyət göstərir.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Vüqar İskəndərov bildirib.

“Hələ də İrəvandan gəlib-gedirlər. Azərbaycan tərəfinin irəli sürdüyü Bakıdan gediş prosesini qulaqardına vururlar. Bununla bərabər qanunsuzluqlar davam edir. Onlar unutmasınlar ki, hər bir cəzanın cavabı olur”,- deyə o vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Dövlət Sərhəd Xidməti qaçaqmalçılıq faktları ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın sərhəd buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image