Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
MPK-dan “Report”a verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.
Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.
Məşqçilər şurasının sədri Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.
Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.